Olimpiya çempionlarımız reytinq cədvəlində liderdirlər

Olimpiya çempionlarımız reytinq cədvəlində liderdirlər






presstv

"Presstv"az #Böyük Dəbilqə, #Tacikistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beynəlxalq Cüdo Federasiyası (IJF) Düşənbədə (Tacikistan) keçirilən “Böyük Dəbilqə” turnirindən sonra yenilənmiş dünya reytinqini dərc edib.

presstvaz xəbər verir ki, olimpiya çempionları Hidayət Heydərov (73 kq, 6 544 xal) və Zelim Kotsoyev (100 kq, 6 046 xal) öz çəki dərəcələrində liderliyi qoruyublar.

Son turnirin hər iki qızıl medalçısı altı pillə irəliləyib: Elcan Hacıyev (90 kq) hazırda dördüncü (3 572 xal), Balabəy Ağayev (60 kq) isə 12-ci yerdədirlər (2 740).

Gümüş mükafatçı Vüqar Talıbov (90 kq) doqquz pillə irəliləyərək hazırda 12-ci (2 787), Camal Qəmzətxanov (+100 kq) 13 pillə önə keçərək 28-ci (1 646) yerdədirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv