Vladimir Jirinovskinin var-dövləti kimə qismət olacaq?

Vladimir Jirinovskinin var-dövləti kimə qismət olacaq?






presstv

"Presstv"az #Rusiya, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moskva məhkəməsi Rusiya Liberal Demokrat Partiyasının təsisçisi Vladimir Jirinovskinin mirası ilə bağlı uzun sürən mübahisəyə son qoyub.

presstvaz-ın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat verib.

Məlumata görə, ömürlük təminat məsələsi ilə bağlı məhkəmə Vladimir Jirinovskinin oğulları David Qarsia (İqor Lebedev) və Oleq Eydelşteynin lehinə qərar verib.

Məhkəmə sənədlərinə görə, siyasətçinin bacısı (qardaşı) qızları Yelena Listopadova və Nataliya Sokolova ömürlük təminat müqaviləsinin qəbul edilməsinə nail ola bilməyiblər. Məhkəmə onların iddia tələblərini rədd edib.

Jirinovskinin oğulları hesab edilən David Qarsia (İqor Lebedev) və Oleq Eydelşteyn miras üçün hüquqlarını müdafiə ediblər.

Qeyd edək ki, məhkəmə prosesi Vladimir Jirinovskinin ölümündən bir neçə ay sonra, 2022-ci ilin dekabrından başlayıb. Rusiya Liberal Demokrat Partiyasının təsisçisi uzun sürən xəstəlikdən sonra 2022-ci il aprelin 6-da 75 yaşında vəfat edib. Siyasi karyerası ərzində o, altı dəfə Rusiya prezidenti postuna namizədliyini irəli sürüb və Dövlət Dumasının bütün çağırışlar üzrə deputatı olub.

Ötən ilin avqustunda Oleq Eydelşteyn mirasın bir hissəsini tələb etmək imkanına malik olmaq üçün Jirinovskinin onun bioloji atası kimi tanınması istəyi ilə məhkəmədə iddia qaldırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv