Tətildə kuryer işləyən tələbənin törətdiyi qəzanın TƏFƏRRÜATI

Tətildə kuryer işləyən tələbənin törətdiyi qəzanın TƏFƏRRÜATI






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Bakı, #Cinayət işi, #Hadisə, #Təhsil, #Türkiyə, #Yasamal Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yasamal rayonunda, metronun “Nizami” stansiyasının qarşısında mopedlə qadını vuraraq ölümünə səbəb olan Faiqin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

presstvaz Musavat.com-a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Faiq Qurbanəli oğlu Əlirzayev idarə etdiyi “Tufan” markalı mopedlə Rəna Quliyevanı vurub. Ağır xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib.

Faiq məsuliyyətə cəlb edilib. Dindirilən zaman əməlindən peşman olduğunu deyən Faiq bildirib ki, mərhumun ailəsi ilə barışıb.

Hadisə ötən ilin yay ayında baş verib. Faiq Türkiyənin Tokat şəhərində təhsil alırmış. O, yay tətili üçün Bakıya gələndə moped alaraq kuryerlik etməyi planlaşdırıb. Faiq mopedi Türkiyədə birlikdə təhsil aldığı Əliağa adlı dostu ilə alıb. Mopedi əsasən Əliağa idarə edirmiş.

Faiq son olaraq “Şaurma nömrə 1″də işə düzəlibmiş. Hadisə günü mopedlə həmin istiqamətə gedirmiş. Mopeddə Əliağa da əyləşibmiş. Qəza zamanı Əliağanın baş geyimi olub. Faiqdə baş geyimi olmadığı üçün xəsarət alıb.

Mərhumun bacısı hüquqi varis kimi tanınıb. Onun ifadəsindən məlum olub ki, bacısının evə gəlmədiyindən xəbər tutan kimi polisə xəbər veriblər. Bacısının evinə gedərək qapısını sındırıblar. Lakin onun evdə olmadığını görüblər. Onlar bacısının ölümündən 4 gün sonra xəbər tutublar.

Məhkəmə Faiq barəsində 1 il cəza təyin edib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv