“Global Media Group”un əməkdaşları “Bakı Marafonu 2025″də iştirak etdilər

“Global Media Group”un əməkdaşları “Bakı Marafonu 2025″də iştirak etdilər






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Sağlam həyat tərzi, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Global Media Group”a daxil olan şirkətlərin əməkdaşları mayın 4-də keçirilən ənənəvi “Bakı Marafonu 2025″də fəal iştirak ediblər. “Küləyə qalib gəl!” şüarı altında səkkizinci dəfə təşkil olunan marafon sağlam həyat tərzinin təşviqi və idmanın inkişafına dəstək məqsədi daşıyır.

presstvaz xəbər verir ki, “Global Media Group” yalnız qrupdaxili layihələrlə kifayətlənməyərək, ölkədə keçirilən ictimai əhəmiyyətli tədbirlərdə də daim aktiv iştirak edir. Bu baxımdan, Bakı Marafonunda iştirak həm kollektiv ruhunun gücləndirilməsi, həm də sosial məsuliyyətin təzahürüdür.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan marafon 21 kilometrlik məsafəni əhatə edib. Start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanında yerləşən tədbirdə 28 minədək şəxs qeydiyyatdan keçib. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayan əcnəbilər və turistlər də böyük maraq göstəriblər.

“Global Media Group” haqqında:

“Global Media Group” 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərən ən böyük media-holdinqlərdən biridir. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. “Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv