Çin Yerin fırlanma sürətini azaldıb, günlər uzanıb

Çin Yerin fırlanma sürətini azaldıb, günlər uzanıb






presstv

"Presstv"az #Çin, #PSJ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çində inşa olunan nəhəng “Üç Dərə” (“Three Gorges Dam”) su elektrik bəndi Yerin fırlanmasını yavaşladıb və bunun nəticəsində günlər 0.06 mikrosaniyə uzanıb.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə NASA alimləri bildiriblər.

Bənd Yantszı çayı üzərində yerləşir və 40 kub kilometr suyu 175 metr hündürlükdə saxlayır. Mütəxəssislərin fikrincə, bu qədər kütlənin yer dəyişməsi Yerin kütlə paylanmasını və fırlanma momentini dəyişib.

“Bunu fiqurlu konkisürənlərin əllərini açanda fırlanmasının yavaşlamasına bənzətmək olar”, – deyə NASA-nın geofiziki doktor Benyamin Fonq Çao izah edib.

Alimlər həmçinin qeyd edirlər ki, Yer təbii şəkildə də fırlanma sürətini azaldır. Bu, əsasən Ayın cazibə təsiri ilə bağlıdır. Tədqiqatlar göstərir ki, 1.4 milyard il əvvəl günlər cəmi 18 saat olub. Hazırda isə hər əsrdə günlər təxminən 1.8 millisaniyə uzanır.

NASA alimlərinin sözlərinə görə, uzun günlər fotosintez üçün əlverişli şərait yaradaraq, Yer atmosferinin oksigenlə zənginləşməsinə də töhfə verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv