Faydalı kimi təqdim edilən zərərli DÖRD MƏHSUL

Faydalı kimi təqdim edilən zərərli DÖRD MƏHSUL






presstv

"Presstv"az #Braziliya, #Yulaf

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ultra emal olunmuş qidalar haqqında düşünəndə ağlımıza ilk olaraq çips, qazlı içkilər, şirniyyatlar və ya sosislər gəlir. Lakin əslində bu siyahı daha genişdir və bəzən “sağlam” hesab etdiyimiz məhsullar belə bu kateqoriyaya daxil olur.

presstvaz-ın pravda.ru-ya istinadla verdiyi məlumata görə, braziliyalı alimlər tərəfindən hazırlanmış NOVA təsnifatı qidaları onların emal dərəcəsinə görə qruplaşdırır. Bu təsnifatda dördüncü kateqoriya tamamilə ultra emal olunmuş məhsulları əhatə edir.

Burada tərkibində emulqatorlar, dad gücləndiriciləri, konservantlar, şirinləşdiricilər, rəngləndiricilər və aromatizatorlar olan məhsullar əsas götürülür. Əslində sağlam görünən, lakin sizi təəccübləndirə biləcək 4 belə məhsulu təqdim edirik:

Meyvəli yoğurt

Zərərsiz görünə bilər – axı bu, süd məhsuludur! Ancaq tərkibinə diqqət yetirsək, şəkər, süni dadvericilər, rəngləndiricilər və stabilizatorlarla zəngin olduğunu görərik. Bu əlavələr yoğurtu artıq təbii məhsul kateqoriyasından çıxarır.

Supermarket çörəkləri

Hətta “tam taxıllı” adı ilə satılan çörəklər belə adətən emulqatorlar, konservantlar və şəkər ehtiva edir. Evdə hazırlanan sadə çörək – yəni un, su, duz və maya ilə hazırlanan versiya ilə müqayisədə, mağaza çörəyi klassik ultra emal olunmuş məhsuldur.

Tez hazırlanabilən sıyıqlar

Yulaf sıyığı sağlam hesab olunsa da, içindəki şərbət, vanil dadvericisi, şəkər, süni şirinləşdiricilər və lopalanmaq əleyhinə əlavələr onu “bir dəqiqəlik qida”dan çox, kimyəvi qarışığa çevirir.

Zənginləşdirilmiş protein batoncıqları

“Fitnes qidası” kimi tanıdılan bu batoncıqlar əslində çətin tələffüz olunan inqrediyentlər siyahısı ilə doludur. Şirinləşdiricilər, sintetik liflər, dadvericilər – bunların hamısı məhsulun teksturası, dadı və saxlama müddəti üçün əlavə olunur.

Qablaşdırmaların üzərindəki “fitnes”, “tam taxıllı”, “təbii” kimi ifadələr həmişə məhsulun sağlam olduğunu göstərmir. Ona görə də alış-veriş edərkən yalnız görüntüyə deyil, tərkibə də diqqət yetirmək vacibdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv