Qazaxıstan rusiyalı vitse-spiker və deputatların ölkəyə girişini qadağan etdi

Qazaxıstan rusiyalı vitse-spiker və deputatların ölkəyə girişini qadağan etdi






presstv

"Presstv"az #Hakim, #Jurnalistlər, #Qazax, #Qazaxıstan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstan hakimiyyəti Rusiya Federasiyası Dövlət Dumasının dörd deputatına və bir keçmiş parlament üzvünə ölkəyə daxil olmağı qadağan edib.

presstvaz “Deutsche Welle”yə istinadən xəbər verir ki, qərarın səbəbi bu şəxslərin Qazaxıstan və onun rəhbərliyi barədə ictimai şəkildə təhqiredici və düşmənçilik ifadələri yayması olub.

Beləliklə, “qara siyahı”ya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Dumanın Beynəlxalq İşlər Komitəsinin birinci müavini Vyaçeslav Nikonov, “Vahid Rusiya” partiyasının deputatları Yevgeni Fyodorov və Konstantin Zatulin, həmçinin “Rossotrudniçestvo”nun başçısı və keçmiş deputat Yevgeni Primakov daxil edilib.

Onlardan əlavə, “persona non qrata” siyahısına jurnalistlər Tina Kandelaki və Tiqran Keosayan, politoloq Nikita Mendkoviç, rusiyalı filosof Aleksandr Duqin, həmçinin tarixçi Andrey Qrozin də daxil ediliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv