Azərbaycanda iki məhkəməyə xanım sədrlər təyin olundu

Azərbaycanda iki məhkəməyə xanım sədrlər təyin olundu






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda iki məhkəməyə xanım sədrlər təyin olunub.

presstvaz   xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı “Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Sərəncamında qeyd olunub.

Sərəncama əsasən, Günel Əkbərli Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri, Gülnar Səfərəliyeva isə Naxçıvan Şəhər Məhkəməsinin sədri təyin edilib.

Qeyd edək ki, G.Əkbərli 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 2011-2017-ci illərdə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi, 2017-2018 Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokurorluq orqanlarının fəaliyyətinin təşkili kafedrasının müəllimi-prokuroru, 2021-ci ildən Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

G.Səfərəliyeva isə 1988-ci ildə anadan olub. O, 2010-2018-ci illərdə Naxçıvan Ali Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi, 2021-ci ildən isə Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv