İnformasiya texnologiyaları sahəsində aparılan işlər milli maraqlarımıza əsaslanır

İnformasiya texnologiyaları sahəsində aparılan işlər milli maraqlarımıza əsaslanır






presstv

"Presstv"az #Azərbaycan, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hörmətli müzakirə iştirakçıları, nəzərinizə çatdırım ki, sizə və media vasitəsilə ictimaiyyətə təqdim olunan məlumatlar rəqəmsal ekspertiza və insidentlərə cavab sahəsində peşəkar mütəxəssislər tərəfindən hazırlanmış hesabata əsaslanır”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirdiyi ictimai müzakirələrdə komissiyanın sədri Ramid Namazov fevralın 20-də bir sıra media resurslarına hücumlarla bağlı danışarkən deyib.

O bildirib ki, dünyanın ən güclü kibercasus qruplarından biri tərəfindən həyata keçirilmiş hücumun necə və hansı məqsədlə edilməsinin müəyyən olunması bir daha onu göstərdi ki, İKT sahəsində də Prezidentimizin rəhbərliyi altında milli maraqlarımıza əsaslanan fəaliyyətlər uğurla həyata keçirilir:

“Hesabatın texniki hissəsi ilə də tanış olduqdan sonra dövlətimizin bu sahədə kifayət qədər irəlilədiyinin bir daha şahidi olduq.

Əmin ola bilərsiniz ki, bu gün dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə, bunu edənləri ifşa etməyə və qarşısını almağa qadirdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv