Natiq Məmmədli: “Azərbaycan informasiya məkanı daim təhdidlərlə üzləşir”

Natiq Məmmədli: “Azərbaycan informasiya məkanı daim təhdidlərlə üzləşir”






presstv

"Presstv"az #Azərbaycan, #COP29, #Jurnalistlər, #Mətbuat Şurası, #Milli Mətbuat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan informasiya məkanı daim təhdidlərlə üzləşir” .

presstvaz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.

O bildirib ki, informasiya cəbhəsində heç vaxt atəşkəs olmur:

“Bu baxımdan biz COP29 tədbirinə ev sahibliyi zamanı gördük ki, Azərbaycanın informasiya məkanında nüfuzu artdıqca, ona qarşı təhdidlər də artır. COP29 təcrübəsi göstərdi ki, Azərbaycan mediası öz işini operativ və peşəkar şəkildə təşkil edir. Bu, belə də olmalıdır. Ona görə də, Azərbaycan mediasında peşəkarlıq problemi yoxdur”.

N.Məmmədli, həmçinin qeyd edib ki, Azərbaycan Mətbuatının yaranmasının 150 illiyi ilə bağlı silsilə tədbirlər keçiriləcək:

“MEDİA və Mətbuat Şurası tərəfindən bir sıra tədbirlər keçiriləcək. Bu tədbirlərdə məqsəd birinci növbədə milli mətbuat dəyərlərinin təbliğ edilməsi və Azərbaycan milli jurnalistikasının əsas prinsiplərinin cəmiyyətə aşılanmasıdır. Düşünürük ki, bu istiqamətdə atılan addımlar cəmiyyət tərəfindən maraqla qarşılanacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv