ABŞ Dövlət Departamenti Ukrayna ilə bağlı mövqeyini yenidən dəyişdi: Təslim olmaq niyyətində deyilik

ABŞ Dövlət Departamenti Ukrayna ilə bağlı mövqeyini yenidən dəyişdi: Təslim olmaq niyyətində deyilik






presstv

"Presstv"az #ABŞ, #Çin, #Kiyev, #Münaqişə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Marko Rubio öz ölkəsinin Ukrayna münaqişəsinin sülh yolu ilə başa çatması prosesində iştirakı perspektivlərini şərh edib.

presstvaz-ın məlumatına görə, o öz mövqeyini “Fox News” telekanalının efirində səsləndirib.

“Biz təslim olmaq niyyətində deyilik… Düşünürəm ki, prezident buna daha nə qədər vaxt ayırmaq istədiyimizə qərar verməli olacaq”, – deyə Marko Rubio “Fox News”un efirində bildirib.

Dövlət Departamentinin başçısı əlavə edib ki, ABŞ-nin Ukraynadan başqa digər prioritetləri də var.

Marko Rubionun fikrincə, hazırda uzunmüddətli perspektivdə ən vacib məsələ Çinlə münasibətlərdir.

Amerikalı dövlət katibinin bu bəyanatları kifayət qədər təəccüblü hesab edilə bilər, nəzərə alsaq ki, onun mətbuat katibi daha əvvəl brifinq keçirib. Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus artıq Ukrayna məsələsi üzrə danışıqlarda ABŞ-nin vasitəçiliyinin dayandırılması barədə məlumat verib. O bildirib ki, Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb:

“Bizim bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv