Əhməd İsmayılov: “Təşkil etdiyimiz forum dövlət-media dialoqunu formalaşdıran platformadır”

Əhməd İsmayılov: “Təşkil etdiyimiz forum dövlət-media dialoqunu formalaşdıran platformadır”






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Azərbaycan, #Hadisə, #Hakim, #Heydər Əliyev, #İlham Əliyev, #Konstitusiya və Suverenlik İli, #Müharibə, #Sərəncam, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Artıq ikinci ildir ki, ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən forumumuz dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərməkdədir”.

presstvaz xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forumun açılış mərasimi zamanı MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır:

“Ötən il təşkil etdiyimiz forum media gündəminin formalaşdırılması, xüsusən də ictimai maraq doğuran mövzuların daha peşəkar şəkildə işıqlandırılması istiqamətində mühüm nailiyyət kimi həm dövlət orqanları, həm də media ictimaiyyəti tərəfindən təqdir olundu”.

O diqqətə çatdırıb ki, 2025-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib:

“Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri sırasındadır. Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi müstəvilərdə köklü dəyişikliklərini özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi sənəddir.

Otuz il bundan öncə ümumxalq səsverməsi ilə qəbul edilmiş Əsas Qanunumuz istər dövlətçiliyimizin möhkəmləndirilməsi, istərsə də onun gələcək dayanıqlı inkişafı baxımından çox mühüm hadisə kimi dəyərləndirilir. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhdidlərindən xilas edərək hüquqi, demokratik dövlət quruculuğu prosesində mühüm nailiyyətlərə imza atıb. Onun ciddi səyləri və rəhbərliyi ilə ərsəyə gəlmiş Konstitusiyamız Azərbaycan dövlətinin bütün uğurlarının, tarixi zəfərlərinin hüquqi bünövrəsi qismində çıxış edir.

44 günlük Vətən müharibəsində dəmir yumruq ətrafında sıx birləşmiş xalqımızın tarixi qələbəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub. Xalqımız hər il sentyabr ayının 20-sini böyük iftixar və şərəf hissi ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv