Sürücüsüz taksilər bu tarixdən işləyə bilərlər

Sürücüsüz taksilər bu tarixdən işləyə bilərlər






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Elektrikli avtomobil, #Elektrikli avtomobillər, #İlon Mask, #Nəqliyyat, #Süni intellekt, #Tesla, #Texas ştatı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Texnologiya və süni intellekt sahəsində innovativ yanaşmaları ilə tanınan İlon Mask bu dəfə də nəqliyyat sektorunda diqqətçəkən yeniliyə imza atmaq üzrədir.

presstvaz xəbər verir ki, “Tesla”nın məqsədi yalnız elektrikli avtomobillərlə bazarı dəyişmək deyil. Şirkət indi sürücüsüz tam avtonom taksi xidməti ilə nəqliyyatın gələcəyini formalaşdırmağa çalışır. Bu məqsədlə yaxın aylarda reallaşdırılacaq pilot layihə təkcə Tesla üçün deyil, bütövlükdə avtomobil sənayesi üçün dönüş nöqtəsi ola bilər.

2025-ci ilin iyun ayında “Tesla” şirkəti Texas ştatının Ostin şəhərində “Project Rodeo” adlı avtonom taksi xidmətinin sınaq mərhələsinə start verməyi planlaşdırır. Bu layihə tam sürücüsüz sərnişin daşıma xidmətinə keçid üçün ilk ciddi addım hesab olunur.

“Project Rodeo” çərçivəsində yüksək səviyyədə avtonom idarəetmə proqram təminatı ilə təchiz edilmiş 10-20 ədəd Model Y avtomobilinin istifadəsi nəzərdə tutulur. Bu avtomobillər sürücüsüz rejimdə fəaliyyət göstərəcək və şəhər daxilində sərnişin daşıyacaq.Layihənin uğurla həyata keçirilməsi üçün Tesla artıq uzun müddətdir hazırlıq işləri aparır. Avtonom sistemlərin sınaqdan keçirilməsi məqsədilə təxminən 300 operator Ostin küçələrində müxtəlif ssenarilər üzrə prototiplərlə testlər aparır və real yol şəraitində süni intellektin davranışını təkmilləşdirmək üçün məlumatlar toplayır.

Mütəxəssislər bu təşəbbüsün Tesla-nın avtonom nəqliyyat bazarındakı iddialarını gücləndirəcəyini və şirkətin gələcək nəqliyyat konsepsiyalarının reallığa çevrilməsi yolunda əhəmiyyətli mərhələ olacağını düşünürlər. /milli.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv