“McDonald’s Azərbaycan” şirkəti Sumqayıtda ağacəkmə aksiyası təşkil edib

“McDonald’s Azərbaycan” şirkəti Sumqayıtda ağacəkmə aksiyası təşkil edib






presstv

"Presstv"az #Azərbaycan, #Hakim, #McDonald's, #Uzunömürlülük

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“McDonald’s Azərbaycan” şirkətinin təşkilatçılığı və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıt şəhərində növbəti ekoloji aksiya təşkil edilib.

Şəhərin yaşıllaşdırılmasına və ekoloji mühitinin yaxşılaşdırılmasına xidmət edən aksiyada şirkətin 50-dən çox əməkdaşı iştirak edib. Tədbir çərçivəsində iştirakçılar tərəfindən 400 ədəd Şərq çinarı (Xan çinarı) ağacı əkilib. Xan çinarının seçilməsi təsadüfi deyil. Belə ki, Azərbaycan mədəniyyətində bu ağac uzunömürlülük və davamlılıq rəmzi hesab olunur.

Qeyd edək ki, bu cür təşəbbüslər “McDonald’s Azərbaycan” şirkətinin dayanıqlı inkişaf və ətraf mühitin qorunması sahəsində geniş fəaliyyətinin bir hissəsidir.

Davamlı olaraq plastikdən istifadənin azaldılması, təkrar emal edilə bilən materiallara keçid və biznes proseslərinin enerji səmərəliliyinin artırılması istiqamətində müxtəlif ekoloji layihələri həyata keçirən şirkət, bununla daha dayanıqlı şəhər infrastrukturunun inkişafına və gələcək nəsillərə qayğı göstərilməsinə töhfə verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv