Milli Məclisdə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi təsdiqlənib

Milli Məclisdə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi təsdiqlənib






presstv

"Presstv"az #Avto, #Hakim, #İqtisadiyyat Nazirliyi, #Kənd Təsərrüfatı Nazirliyi, #Milli Məclis, #Vergi Məcəlləsi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Məclisdə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi üçüncü oxunuşdan keçib.

presstvaz xəbər verir ki, sözügedən məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında kənd təsərrüfatı sahəsində subsidiyalara, güzəştli kreditlərə, kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışına və lizinqinə nəzarət edilməsi, habelə ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması məqsədləri üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verə biləcəklər.

Layihəyə əsasən, Kənd Təsərrüfatı Nazirliyi (KTN) nazirlik kənd təsərrüfatı sahəsində subsidiyaların, güzəştli kreditlərin və lizinqlərin verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinin satışı, krediti və lizinqinə tətbiq edilən güzəştlərin maliyyələşdirilməsi və həmin vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi, habelə ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması ilə bağlı səlahiyyətləri həyata keçirir.

Qeyd olunan funksiyalar həyata keçirilərkən dövlət büdcəsinin vəsaitlərindən səmərəli istifadəyə nail olunması, sui-istifadə hallarının qarşısının alınması məqsədilə adıçəkilən qaydalara müvafiq olaraq kənd təsərrüfatı məhsullarının istehsalçıları, tədarükçüləri və təchizatçıları tərəfindən KTN-ə bir sıra məlumatlar təqdim edilir. Müvafiq məlumatların mötəbərliyinin yoxlanılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və KTN-in “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) arasında məlumat mübadiləsinin qurulmasına zərurət var.

Qeyd edilən məlumatların dairəsinə vergi sirrinə aid olunan məlumatlar da daxil olduğu üçün müvafiq məlumatların ötürülməsi təklif olunan layihə ilə – Vergi Məcəlləsində dəyişiklik edilməsi yolu ilə mümkündür.

Dəyişikliyə əsasən vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinin məlumatlarının sorğu əsasında qeyd olunan məqsədlər üçün və zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanına verilməsinin (əldə olunmasının) hüquqi bazası yaradılır. Bununla da aqrar sahədə göstərilən dövlət dəstəyi tədbirlərinin daha ünvanlı, daha şəffaf mühitdə həyata keçirilməsi, həmçinin müraciət edən şəxslərin əlavə sənəd və məlumatlar təqdim etməsindən azad edilməsi təmin olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv