Yeddinci qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin NƏZƏRİNƏ

Yeddinci qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin NƏZƏRİNƏ






presstv

"Presstv"az #Bakı, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qrant müsabiqəsi barədə KOB subyektlərinin məlumatlandırılması və suallarının cavablandırılması üçün onlayn tədbir keçiriləcək.

presstvaz xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.

Mayın 5-də, saat 15:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dəstək üçün elan edilmiş yeddinci qrant müsabiqəsinə dair onlayn formatda məlumatlandırıcı tədbir keçiriləcək.

Tədbirin təşkilində məqsəd yeddinci qrant müsabiqəsinin şərtləri, lazım olan sənədlər, müraciət qaydası, layihələrin qiymətləndirilməsi prosesi və müsabiqə barədə KOB subyektlərini maraqlandıran sualların cavablandırılması və onları məlumatlandırmaqdır.

KOB subyektləri aşağıdakı linkə daxil olmaqla vebinarda iştirak edə bilərlər:

https://us06web.zoom.us/j/85982147559?pwd=pGCsDNyV6ORED4YWWxuoW5dpglxvfH.1

“Meeting ID”: 859 8214 7559

“Passcode”: 882073

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar onların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə dair KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsinə sənəd qəbulu davam edir və 14 may 2025-ci il saat 18:00-da başa çatacaq. Müsabiqəyə sənəd qəbulu elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət formasında həyata keçirilir. Qrant müsabiqəsində hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir. Müsabiqə ilə bağlı ətraflı məlumat üçün: https://bit.ly/3RLwxtQ


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv