İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı növbəti əməliyyat: 18 nəfər həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı növbəti əməliyyat: 18 nəfər həbs edildi






presstv

"Presstv"az #Bələdiyyə, #İstanbul, #Türkiyə, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan ikinci dalğa korrupsiya əməliyyatı çərçivəsində prokurorluq tərəfindən məhkəməyə göndərilən 30 şübhəlidən 18-i həbs edilib.

presstvaz bu barədə “TRT Haber”ə istinadla xəbər verir.

Bildirilir ki, İstanbul Baş Prokurorluğu tərəfindən saxlanıldıqdan sonra vəzifəsindən uzaqlaşdırılan İBB rəhbəri Ekrem İmamoğlunun da daxil olduğu şübhəlilər barəsində “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “cinayətkar təşkilat qurmaq və idarə etmək”, “rüşvət”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tenderə müdaxilə” cinayətləri üzrə aparılan korrupsiya istintaqı davam edir.

İstanbul, Ankara və Tekirdağda keçirilən əməliyyatlar nəticəsində 53 nəfər saxlanılıb. Onlardan 4-ü barəsində “xarici ölkəyə çıxış qadağası” və “müntəzəm imza” şəklində məhdudiyyətlər tətbiq olunub. 12 nəfər barəsində isə digər müxtəlif nəzarət tədbirləri seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv