“D” vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlandı

“D” vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlandı






presstv

"Presstv"az #Depressiya, #Düzgün qidalanma, #Günəş, #Həkim, #kərə yağı, #Rusiya, #Saç tökülmə, #Saç tökülməsi, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“D” vitamini sümüklərin, dişlərin və immun sisteminin sağlamlığının qorunmasında əsas rol oynayır. Onun çatışmazlığı uşaqlarda raxit və böyüklərdə osteoporoz kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bəs “D” vitamini çatışmazlığını necə aradan qaldırmaq olar?

presstvaz-ın NEWS.ru-ya istinadla verdiyi məlmata görə, rusiyalı həkim Olqa Çirkova bununla bağlı danışıb.

Həkimin sözlərinə görə, dərinin quruması, saç tökülməsi, sümük əriməsi (osteoporoz), xroniki ağrılar, əzginlik, əzələ zəifliyi, yuxu pozuntuları, əsəbilik və hətta depressiya “D” vitamininin azlığından xəbər verə bilər.

“Düzgün qidalanma və günəş şüalarından faydalanmaq bu problemi aradan qaldırmaqda əsas rol oynayır. “D” vitamini çatışmazlığının qarşısını almağın ən dadlı yollarından biri isə yağlı balıq növlərini qidalanmaya daxil etməkdir. Bundan əlavə, rasiona mütləq yumurta sarısı, kərə yağı, bərk pendir və xama da daxil edilməlidir”, – deyə həkim bildirib.

Olqa Çirkovanın dediyinə görə, dünyada bir milyarddan çox insanın orqanizmində “D” vitamini çatışmır.

“Bu vəziyyətin əsas səbəbləri arasında günəş işığının kifayət qədər qəbul olunmaması dayanır. Bəzən bu, çox qapalı və tünd geyim seçimlərindən, bəzən isə açıq havada az vaxt keçirməkdən qaynaqlanır”, – deyə həkim vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv