Satışdakı qidalara qadağan olunan maddələr vurulur?

Satışdakı qidalara qadağan olunan maddələr vurulur?






presstv

"Presstv"az #Avropa, #Sağlamlıq, #Uşaq qidaları, #Xərçəng xəstəliyi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son dövrlər insanlar təbii qidalardan uzaqlaşaraq getdikcə daha çox qatqılarla dolu qablaşdırılmış məhsullara üstünlük verirlər.

Bu məhsulların praktikliyi və cəlbedici görünüşü diqqət çəksə də, onların sağlamlıq üçün potensial təhlükə mənbəyi olduğu unudulmamalıdır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, marketlərdən alınan bu məhsulların etiketləri çox zaman diqqətdən kənarda qalır. Halbuki həmin etiketlərdə qeyd olunan kodlar, yəni “E” indeksli qatqılar insan sağlamlığına ciddi zərər verə bilər.

Kodların hər birinin öz mənası var. Onlar rəngləndirici, durulaşdırıcı, eyni zamanda həcmverici funksiyasını daşıyır. Qida üzrə ekspertlər deyirlər ki, istisna rəqəmlər var ki, həmin rəqəmlərin olduğu məhsulları qəbul etmək hətta xərçəng xəstəliyinə səbəb olur.

Kodlar Avropa İttifaqının qidalara verdiyi kod sisteminin başlanğıcıdır. Şifrələrin 100-dən 1500-ə qədər davam etməsinə baxmayaraq, hamısı zərərli hesab edilmir. Amma sintetik mənşəli qida əlavələri var ki, bəzi ölkələrdə istifadəsi qadağan edilib.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qidalara qatılan əlavələrin normaları adıçəkilən qurumun 42 saylı Kollegiya Qərarı ilə tənzimlənir. Qərara əsasən, yalnız uşaq qidalarında əlavə qatqıya icazə verilmir.

Digər məhsullarda isə norma həddi gözlənilir.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv