Trampla təkbətək çox şeyi müzakirə etdik – Zelenski

Trampla təkbətək çox şeyi müzakirə etdik – Zelenski






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp, #Müharibə, #Papa Fransisk, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşünün təfərrüatını açıqlayıb. O, görüşü "çox simvolik" adlandırıb.

presstvaz Trend-ə istinadən xəbər verir ki, bu barədə V.Zelenski "Telegram" səhifəsində yazıb.

"Yaxşı görüş oldu. Biz təkbətək çox şey müzakirə edə bildik. Biz deyilənlərin hamısından nəticəyə ümid edirik. Xalqımızın həyatının qorunması. Tam və qeyd-şərtsiz atəşkəs. Müharibənin təkrarlanmasından qoruyacaq etibarlı və davamlı sülh", – deyə Zelenski bildirib.

Zelenski daha sonra qeyd edib: "Ümumi nəticələr əldə etsək, bunun tarixi olmaq potensialı var. Təşəkkür edirəm, Prezident Donald Tramp!"

Qeyd edək ki, aprelin 26-da Vatikanda aprelin 21-də vəfat edən Papa Fransiskin dəfn mərasimi keçirilib. Mərasimdə minlərlə dindar və 50-yə yaxın dünya lideri iştirak edib. Tədbirdə fevralın 28-də Ağ Evdə baş verən mübahisədən sonra ilk dəfə Zelenski ilə Tramp arasında şəxsi görüş keçirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv