Əhalinin NƏZƏRİNƏ: Bəzi məhsullar UCUZLAŞDI

Əhalinin NƏZƏRİNƏ: Bəzi məhsullar UCUZLAŞDI






presstv

"Presstv"az #Qazax, #Şəmkir, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxt bazarlarında bəzi məhsulların qiymətində enmə müşahidə edilir.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, ötən həftə kiloqramı 5 manata satılan Qazax və Şəmkir pomidoru bu gün 3 manat 50 qəpiyə təklif edilirdi. Amma ötən ilin eyni dövrü bu məhsullar daha ucuz idi. Hazırda bazarlarda üç manatdan aşağı pomidor, iki manatdan ucuz xiyar tapmaq mümkün deyil.

Həm satıcılar, həm də alıcılar ötən illə müqayisədə tərəvəzlərin qiymətində iki-üç dəfə artım olduğunu deyirlər.

Alıcılar arasında qiymətdən razı qalanlar da, gileylənənlər də var.

Kartofun kiloqramı isə 1,5-2 manat arasında dəyişir. Yenisi 4 manatdır. Soğan bazarda 80 qəpik -1 manata, göyərtinin 1 dəsti 10 qəpiyə, bibərin ədədi 30 qəpiyə, kiloqramı isə 2 manata təklif olunur.

Satıcılar deyirlər ki, havalar istiləşdikcə, qiymətlərdə enmə müşahidə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv