"Real Madrid" "El Klasiko"da oynamaqdan imtina edir

"Real Madrid" "El Klasiko"da oynamaqdan imtina edir






presstv

"Presstv"az #Bakı, #Futbol, #Hakim, #İspaniya, #Mətbuat konfransı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Real Madrid" klubu bu şənbə İspaniya Kral Kuboku finalında oynamaqdan imtina etməyi düşünür. 

presstvaz xəbər verir ki, "Kral klubu" İspaniya Futbol Federasiyasından matçı idarə edəcək referilərin dəyişdirilməsini tələb etsə də, qurum neqativ cavab verib. "Marca" nəşrinin yaydığı məlumata görə, federasiya sabah "Barselona" – "Real Madrid" qarşılaşması üçün hakimləri yeniləməsə, Madrid klubu oyuna çıxmayacaq. 

Klub hakimlərin bugünkü mətbuat konfransında səsləndirdiyi fikirlərdən qəzəblənib və artıq bu axşamkı məşq, mətbuat konfransı və rəsmi şam yeməyini təxirə salıb. Baş hakim Rikardo De Burqos konfransda ağlayaraq "Real Madrid TV"nin onları tənqid etməsi barədə bu sözləri demişdi: "Qarşıdakı günlərdə görəcəksiniz, ciddi qərarlarla tarix yazacağıq".

Xatırladaq ki, "El Klasiko" aprelin 26-dan 27-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da baş tutmalıdır. (Offsideplus.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv