Qubada sahibsiz it 8 yaşlı uşağa hücum etdi – Köməyə gələnlər də xəstəxanalıq oldular

Qubada sahibsiz it 8 yaşlı uşağa hücum etdi – Köməyə gələnlər də xəstəxanalıq oldular






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Avto, #avtomobillər, #Hadisə, #Quba, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qubada küçə iti üç nəfərə müxtəlif xəsarətlər yetirib. Hadisə rayonun İkinci Nügədi kəndində baş verib.

Belə ki, səkkiz yaşlı uşaq məktəbdən evə qayıdarkən küçə itinin hücumuna məruz qalıb. Daha sonra onun köməyinə çatan iki qadını da it dişləyib.

“Uşağı qarşılamağa çıxanda gördüm ki, it ona hücum edib. Qonşular köməyə gəldilər. İti övladımdan ayıra bilmirdilər. Oğlum itin altında idi. Qonşu ayırmaq istəyəndə, it qolunu dişlədi. O biri bacısı da köməyə gəldi. İt onun da qolunu, qarnını dişlədi. Uşaq qan içində idi, güclə dartıb qurtara bildik”, – məktəblinin anası deyib,

Hər üç şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tibb müəssisəsindən verilən məlumata görə, yaşlı qadınlara ilkin yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Uşağın isə travması ağır sayıldığı üçün Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

Ətraflı Baku TV-nni süjetində:

24 aprel, 16:19

Quba rayonunun 2-ci Nügədi kəndində küçə itlərinin hücumuna məruz qalan üç nəfərin son vəziyyəti açıqlanıb.

presstvaz bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 24-ü, saat 12:20-də Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə xəsarət alan üç nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“2018-ci il təvəllüdlü şəxsə (kişi cinsli) üzün və kəllənin çoxsaylı dişlənmiş, cırılmış yaraları, 1970-ci il təvəllüdlü şəxsə (qadın cinsli) qarının, sol budun ön səthinin dişlənmiş, sıyrılmış yaraları, 1967-ci il təvəllüdlü şəxsə (qadın cinsli) isə sol saidin arxa səthinin sıyrılmış, dişlənmiş yarası diaqnozu təyin olunub. Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

2018-ci il təvəllüdlü şəxsin müalicəsi travmatologiya şöbəsində davam etdirilir. 1967 və 1970-ci il təvəllüdlü şəxslər isə zəruri tibbi xidmətlər göstərildikdən sonra, ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilib.

16:11

Quba rayonunda küçə iti üç nəfərə hücum edib.

presstvaz “Report”a istinadən xəbər verir ki, hadisə rayonun 2-ci Nügədi kəndində baş verib.

Belə ki, 7 yaşlı 1-ci sinif şagirdi dərsdən evə qayıdarkən sahibsiz it ona hüсum edib. Daha sonra uşağa köməyə gələn qadınlara da hücum edən it onları ayaq və əl nahiyəsindən dişləyib.

Həmin vaxt ərazidə olan yol polisi əməkdaşları it hücumuna məruz qalan yaralıları xidməti avtomobilləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv