“Azərkosmos” və “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb

“Azərkosmos” və “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb






presstv

"Presstv"az #Kosmos, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərkosmos” və Türkiyənin aparıcı peyk telekommunikasiya şirkəti “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb.

presstvaz xəbər verir ki, sənəd hər iki tərəf arasında peyk telekommunikasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə və bilik, bacarıq və təcrübə mübadiləsinə xidmət edir.

İmzalanma mərasimi “Azərkosmos”un ev sahibliyi etdiyi Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində baş tutub.

STC çərçivəsində “Azərkosmos” 10-a yaxın Anlaşma Memorandumu imzalayacaq.

Memorandum çərçivəsində tərəflər informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində strateji, iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Eyni zamanda, imzalanmış sənəd əsasında peyk xidmətləri ilə bağlı regional və beynəlxalq qanunların tənzimlənməsi, radiotezliklərin düzgün idarə olunması, coğrafi informasiya sistemləri xidmətləri, kosmik texnologiyalar, kosmik layihələrin idarə edilməsi və digər mövzular üzrə ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv