İstanbulda 6.2 ballıq zəlzələyə ABŞ Hərbi Dəniz Qüvvələri və HAARP sistemi səbəb olub?

İstanbulda 6.2 ballıq zəlzələyə ABŞ Hərbi Dəniz Qüvvələri və HAARP sistemi səbəb olub?






presstv

"Presstv"az #ABŞ, #Bolqarıstan, #Gəmi, #Hakim, #Prezident Administrasiyası, #Qara dəniz, #Sosial şəbəkələr, #Türkiyə, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə hakimiyyəti Mərmərə dənizində baş verən zəlzələyə “GPS Saturn” qazma platforması, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi və ya HAARP ionosfer tədqiqatı sisteminin səbəb olması ilə bağlı versiyaları təkzib edib.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat verib.

Qeyd olunur ki, bununla bağlı sosial şəbəkələrdə fotomateriallarla müşayiət olunan xəbərlər yanlışdır.

“Bu iddiaları dəstəkləmək üçün istifadə edilən görüntülərin qazma platformasının 2018-ci ilin dekabr ayında Boğaziçi boğazından keçməsi zamanı çəkildiyi müəyyən edilib”, – mərkəzin açıqlamasında bildirilir.

Həmçinin qeyd olunur ki, “GPS Saturn” zəlzələnin baş verdiyi ərazidə Mərmərə dənizində heç bir qazma əməliyyatı aparmayıb və platforma 340 gündür ki, Bolqarıstan yaxınlığındakı Qara dəniz sularında lövbər salıb.

“Yerləşdirilən fotoşəkillərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin “Arleigh Burke” sinfinə aid “USS Nitze” gəmisi əks olunub. Fotoşəkillər 2023-cü ildə çəkilib. Sözügedən gəmi son vaxtlar dənizlərimizdə fəaliyyət göstərmir”, – məlumatda qeyd olunub.

Mərkəz açıqlayıb ki, yüksəktezlikli radio dalğalarının ionosferdə paylanmasının öyrənilməsi proqramı (HAARP) isə təyinatına uyğun fəaliyyət göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv