Bakıda nöqsan aşkarlanan binada pilləkən qəfəsi inşa olundu

Bakıda nöqsan aşkarlanan binada pilləkən qəfəsi inşa olundu






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir müddət əvvəl bəzi media subyektlərində “Pilot Rezidence” Mənzil-Tikinti Kooperativinin Bakı şəhəri, Səbail rayonu, Mstislav Rostropoviç küçəsi, 5 ünvanında inşa etdiyi onbirmərtəbəli, mansardlı çoxmənzilli yaşayış binasının üçüncü girişində pilləkən qəfəsinin birinci mərtəbədəki hissəsinin olmaması barədə məlumat yayılmışdı.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, məlumatla əlaqədar qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən dərhal göstərilən ünvana baxış keçirilib. Həqiqətən, “Pilot Rezidence” MTK-nın Bakı şəhəri, Səbail rayonu, Mstislav Rostropoviç küçəsi, 5 ünvanında inşa etdiyi onbirmərtəbəli yaşayış binasının üçüncü girişindəki pilləkən qəfəsinin birinci mərtəbədəki hissəsinin layihədə sonradan edilmiş dəyişiklik əsasında olmadığı, bununla da sakinlərin gediş-gəlişi üçün çətinlik yarandığı müəyyən edilib.

Agentliyin əməkdaşlarının qanunvericiliyin tələblərinə uyğun həyata keçirdikləri tədbirlər sayəsində MTK tərəfindən pilləkən qəfəsi inşa olunaraq sakinlərin istifadəsinə verilib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv