“Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı” genişləndirilib

“Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı” genişləndirilib






presstv

"Presstv"az #Ədliyyə Nazirliyi, #Kənd Təsərrüfatı Nazirliyi, #Məcnun Məmmədov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası 26 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib.

presstvaz xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıya dolu əleyhinə tor örtüyünün tor hissəsi, işğaldan azad edilmiş ərazilər üçün nəzərdə tutulmuş suvarma sistemlərinin tamamlayıcı hissələri (ərazi təzyiqli su mənbəyi ilə təmin edildikdə), torpaq eroziyasının qarşısının alınması və münbitliyin qorunması məqsədilə zolaqlı şumlama texnikası və şumsuz səpin aqreqatı, bitki zərərvericilərinin və xəstəliklərinin izlənməsi məqsədilə fenoloji və feromon kameralar əlavə edilib.

Nazirliyin Hüquq və icra intizamı şöbəsinə tapşırılıb ki, bu qərarı 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

Qərarın icrasına nəzarət nazir müavini İlhamə Qədimovaya tapşırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv