Samir Abasov azarkeşlərdən üzr istədi

Samir Abasov azarkeşlərdən üzr istədi






presstv

"Presstv"az #Azərbaycan, #Futbol, #İdman, #Mətbuat konfransı, #Neftçi, #Samir Abasov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azarkeşlərimizə təşəkkür edirəm. Birinci dəfədir ki, səfər matçında bu qədər azarkeş yığılmışdı. Onların dəstəyini də hiss ediridk, arxamızda olduqlarını görürdük. Kubokun bütün məsuliyyəti mənim boynumdadır. Qırılmış ümidlərə görə azarkeşlərdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq. Bəzi səbəblərə görə qış fasiləsindən də yaxşı yararlana bilmədik, istədiklərimizi gətirə bilmədik. Bizim əsərimiz deyil. Kuboka görə məsuliyyət daşıyırıq. Üzr istəyirik. Bu qədər”.

presstvaz İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunda “Sabah”la (1:1) cavab matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

– Növbəti mövsüm “Neftçi” neçə faiz dəyişməlidir ki, bu günkü birinci hissədəki oyunu göstərəsiniz?

– Hər bir məşqçinin oyun üslubuna uyğun futbolçular var. İşlədiyim komandalarda da həmin mövqelərdə hansı oyunçuların oynadığını görmüsünüz. Sabir Buqrini deyərdim. Məqsədimiz ən azından oyun üslubumuza uyğun futbolçuları götürməkdir. Neçə faiz gedəcək, neçə faiz qalacaq…

– Heyətə cəlb edilmiş legionerlərin müqavilə müddəti çoxdur. Onları göndərib istədiklərinizi gətirmək üçün təzminat ödəməli olacaqsınız. Məhz bu məqam istədiyiniz heyəti qurmağa maneçilik törədə bilər?

– Buna indi cavab vermək çox çətindir. Bura yeri deyil. Ətraflı hər şeyi biz də bilirik, klubla danışırıq. Ən yaxşısı nədirsə, klub və oyun üçün onlar da əlindən gələni edir. Həmin problemlər var. Digər komandalar bunu çözə bilirlər, ümid edirəm ki, biz də çözə biləcəyik. Bunu zaman göstərəcək. Kimi göndərəcəyik danışmaq tezdir, yeri deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv