Komitə sədri: “Pensiya yaşının azaldılması gündəmdə deyil”

Komitə sədri: “Pensiya yaşının azaldılması gündəmdə deyil”






presstv

"Presstv"az #Milli Məclis, #Musa Quliyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bəzi saytlarda pensiya yaşının azaldılması ilə bağlı gedən xəbərlərin başlığı məzmunu əks etdirmir”.

presstvaz xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, həmin layihədə məzmun tamamilə başqadır:

“Bizim parlamentin Əmək və sosial siyasət komitəsində baxdığımız “Əmək pensiyaları” haqqında qanuna təklif edilən dəyişikliklərin məqsədi pensiya yaşının azaldılması ilə bağlı deyil, sadəcə güzəştli şərtlərlə pensiya alanların pensiyalarının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi ilə bağlı idi. Yəni dövlətin öhdəliyi və Dövlət Sosial Müdafiə Fondunun öhdəliyi arasındakı münasibətlərin tənzimlənməsi idi. Burada pensiya yaşının azaldılmasından söhbət getmir. Doğrudur, bir qrup insanımız güzəştli şərtlərlə 65 yaşından qabaq pensiyaya çıxırlar. Onlar hərbi qulluqçular, ağır və təhlükəli şəraitdə ən azı 10 il işləyən şəxslər, 5 və daha çox uşağı olan analar (əgər ana yoxdursa, atalar), əlil uşağa baxan analar, yaxud xəstə, ahıl adama baxan insanlardır ki, onların pensiya kapitalı stajdan asılı olmayaraq formalaşır və onlar daha güzəştli şərtlərlə 60 və daha tez yaşda pensiyaya çıxa bilirlər. Təxminən 200 min pensiyaçımız güzəştli şərtlərlə pensiya alanlardır. Yəni 65 yaşına çatmamış pensiyaya çıxan şəxslərdir. Bu bizim qanunvericilikdə var və yeni dəyişiklik deyil”, – deyə o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv