Masallıda hamilə qadın doğuş zamanı HƏYATINI İTİRDİ

Masallıda hamilə qadın doğuş zamanı HƏYATINI İTİRDİ






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Masallı, #Masallı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Masallı rayonunda doğuş zamanı ana ölümü baş verib.

presstvaz xəbər verir ki, Masallı sakini, 40 həftəlik hamilə olan Nərmin Mehbalıyeva doğuş zamanı həyatını itirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 23-ü saat 00:05-də 1989-cu il təvəllüdlü şəxs 40 həftə üç gün hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

“Zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərarına alınıb. Saat 03:00-da hamilənin səhhətində qəfil pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, 23.04.2025-ci il tarixində saat 03:26-da ölüm faktı qeydə alınıb. Hazırda ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv