“Lynk&Co” sahibləri “Co:Fans”da bir araya gəldi

“Lynk&Co” sahibləri “Co:Fans”da bir araya gəldi






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda ilk dəfə “Lynk&Co” brendi öz müştəriləri və avtomobil həvəskarları üçün xüsusi bir tədbir – “Co:Fans Networking” təşkil edib.

İsveçin təhlükəsizlik və texnologiya ənənələri ilə Çin innovasiyasını özündə birləşdirən “Lynk&Co” ölkəmizdə son zamanların ən çox diqqət çəkən avtomobil markalarından biridir.

Tədbirin əsas məqsədi “Lynk&Co” sahibləri ilə daha yaxın təmas qurmaq və avtomobilsevərləri bir araya gətirmək idi. “Co:Fans” tədbiri dünyanın bir çox ölkəsində keçirilir və brendin cəmiyyətlə sıx əlaqəsini ön plana çıxarır.

Avtomobil bloqerlərinin, influenserlərin, eləcə də xüsusi dəvətli qonaqların iştirak etdiyi tədbirin ən yadda qalan anlarından biri isə yeni “Lynk&Co 07” və “Lynk&Co 08” modellərinin Azərbaycanda ilk dəfə rəsmi təqdimatı oldu. Göz oxşayan dizayn, qabaqcıl texnologiyalar və üstün performans xüsusiyyətləri ilə seçilən bu modellər tədbir iştirakçılarının böyük marağına səbəb olub.

“Lynk&Co” bu istiqamətdə fəaliyyətini davam etdirərək yerli bazarda unikal yanaşması ilə fərqlənməyə davam edəcək.

Yeni modellərlə tanış olmaq üçün siz də Əhməd Rəcəbli 40B. ünvanında yerləşən “Lynk&Co” rəsmi satış mərkəzinə yaxınlaşa bilərsiniz.

Əlaqə üçün:

Veb-sayt: lynkco.az

Ünvan: Əhməd Rəcəbli 40B

Əlaqə: *5544

012 565 57 73


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv