Tramp HƏMAS-ın müharibədən sonra Qəzzanın idarəçiliyindəki gələcəyi barədə açıqlama verdi

Tramp HƏMAS-ın müharibədən sonra Qəzzanın idarəçiliyindəki gələcəyi barədə açıqlama verdi






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp, #Hadisə, #Jurnalistlər, #Müharibə, #Qəzza, #Qəzza zolağı, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Birləşmiş Ştatlar HƏMAS-ın gələcəkdə Qəzza zolağının idarə edilməsində iştirakına icazə verməyəcək”.

presstvaz-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

Ondan ABŞ-nin HƏMAS-ın müharibədən sonrakı Qəzza idarəçiliyində hansısa rol oynamasına mane olub-olmayacağı soruşulub.

“Biz HƏMAS-a bunu etməyə icazə verməyəcəyik və görərik Qəzza ilə nə baş verəcək”, – deyə Ağ Ev rəhbəri bildirib.

Bununla belə o, Yaxın Şərqdə böyük irəliləyişə nail olduqlarını bəyan edib.

“Bu xüsusi gün – 7 oktyabr (2023-cü il) hadisələri heç vaxt olmamalı idi. Əgər mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi. Amma biz bütün bu vəziyyəti dayandıracağıq”, – deyə o yekunlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv