“Abzas Media işi” üzrə növbəti məhkəmə keçirildi

“Abzas Media işi” üzrə növbəti məhkəmə keçirildi






presstv

"Presstv"az #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

presstvaz “Unikal”a istinadən xəbər verir ki, məhkəmədə növbəti dəfə şahidlər dinlənilib. Proses başlayanda təqsirləndirlən jurnalist Sevinc Vaqifqızı (Abbasova) vəsatət verərək bildirib ki, ötən iclasda şahid kimi dindirilən Ənvər Cəfərov yenidən dindirilməlidir, çünki açıq suallar qalıb.

Hakim bildirib ki, Ənvər Cəfərov yenidən çağırılacaq. Daha sonra digər 5 şahid ifadə verib. Onlar bildiriblər ki, təqsirləndirilən şəxslərin heç birindən pul almayıblar və onların hansısa qanun pozuntuları etmələri ilə bağlı məlumatları yoxdur.

Sonradan iş üzrə cəlb olunmuş Hafiz Babalının “Turan” İnformasiya Agentliyinin əməkdaşı olması ilə bağlı vəsiqə məhkəməyə təqdim edilib. Vəkil bildirib ki, istintaq Babalıya qarşı ittihamlarda onun reyestrdən keçmədiyini qabardıb, ancaq “Turan” Agentliyi media reyestrindən keçib və Babalı oranın əməkdaşıdır.

Sonra Hafiz Babalı Məhəmməd Kekalova suallar ünvanlayıb. Istintaqda hansı səbəblə onun haqqında yanlış ifadə verməsini sorğulayıb. Məhəmməd Kekalov isə ibtidai istintaqda dediklərinin gerçək olmadığını və ifadədən imtina etdiyini bildirib.

Növbəti proses aprelin 29-na təyin edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv