Mərkəzi Bankın yeni binası təhvil verilir

Mərkəzi Bankın yeni binası təhvil verilir






presstv

"Presstv"az #Avropa, #Avstriya, #Azərbaycan, #Günəş, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Mərkəzi Bankının (AMB) tikilməkdə olan yeni binası 2025-ci ilin avqust ayında təhvil veriləcək.

presstvaz banker.az-a istinadən xəbər verir ki, bu barədə layihənin icrasını həyata keçirən Türkiyənin Tekfen şirkətindən bildirilib.

Qeyd edilib ki, yeni binanın layihə və tikinti işləri 2021-ci ildə bağlanmış müqavilə ilə həyata keçirilir. Binanın tamamlanma tarixi əsas müqavilənin əhatə dairəsinə əlavə edilən əlavə işlərlə əlaqədar olaraq 2025-ci ilin avqust ayına qədər yenilənib. Layihə üzrə işlərin 84,1%-i tamamlanıb.

Xatırladaq ki, hündürlüyü 163,8 metr olan Mərkəzi Bankın yeni binasının sahəsi 35 min 737 kvadratmetrdir. Atriumu və geniş açılışlı asma bağları olan yeni bina fasada inteqrasiya olunmuş günəş enerjisi panelləri və təbii ventilyasiya kanalları ilə enerjiyə qənaət və işçilər üçün geniş iş mühiti təklif edəcək. Layihənin müəllifi Avstriyalı Coop Himmelblaudur. O eyni zamanda Frankfurtdakı Avropa Mərkəzi Bankının dizaynını da hazırlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv