Onuncu Milli Marketinq Forumunun ilk gününün spikerləri bəlli oldu

Onuncu Milli Marketinq Forumunun ilk gününün spikerləri bəlli oldu






presstv

"Presstv"az #PashaPay

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkənin ən böyük biznes tədbirlərindən biri olan Milli Marketinq Forumu (MMF) bu il “Neoklassika” konsepti ilə 10-cu illiyini qeyd edəcək. Forum 9-10-11 may tarixlərində, ilk dəfə keçirildiyi məkan olan “28 Mall”da yerləşən “CinemaPlus”da təşkil ediləcək.

Bu ilki forumda fiziki iştirak (offline) və onlayn (Meta platformasında) olmaqla üç gün ərzində ümumilikdə doqquz panel üzrə 50-dək spikerin çıxışı ilə keçiriləcək.

Tədbir çərçivəsində “Milli Keyslər”, “Kommunikasiya və PR”, “Yeni Texnologiyalar: Blokçeyn, Süni Zəka, Big Data”, “Yaradıcı Sənaye”, “Sosial Media və İnfluenserlər”, “Satış və Ticari Marketinq”, “İnnovativ Marketinq və Startaplar” mövzularında müxtəlif panellər keçiriləcək. Spikerlər öz sahələrindəki son yenilikləri və praktiki təcrübələrini bölüşəcək, iştirakçılar isə interaktiv sual-cavab sessiyalarında fəal şəkildə iştirak edə biləcəklər.

9 may tarixində onlayn keçiriləcək tədbirin ilk paneli “Yeni texnologiyalar: Blokçeyn, Süni Zəka, Big Data” olacaq. VXSİDA, İnnovasiyalar Mərkəzi İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvira Rüstəmovanın moderator olduğu panelin spikerləri – Elnur Quliyev (“Crypto Consulting” MMC, Direktor), Ülvi Babaşov (“Veysəloğlu” Şirkətlər Qrupu, İnformasiya Texnologiyaları direktoru), Şəmsi Bayramzadə (“Holberton School Azerbaijan”, CEO) çıxış edəcəklər. Panel çərçivəsində rəqəmsal transformasiya, süni zəkanın biznes proseslərində tətbiqi, blokçeyn texnologiyasının perspektivləri və böyük verilərin analitikası kimi mövzular ətrafında geniş müzakirələr aparılacaq.

İkinci panel “İnnovativ Marketinq və Startaplar” paneli olacaq. VXISDA Layihələrin İdarəedilməsi Departamentinin Direktor Müavini Zinəddin Babayevin moderator olduğu panelin spikerləri – Aslan Məmmədli (Enverson, Təsisçi və Direktor), Samir Qədirov (SABAH.HUB İnnovasiya Mərkəzi, İcma Rəhbəri), Könül Quliyeva (Safavy.org, Həmtəsisçi və İcraçı Direktor), Ülviyyə Allahverdiyeva (“PashaPay”, PR və Kommunikasiya Meneceri) çıxış edəcəklər. Panel çərçivəsində innovasiya mərkəzləri, startap ekosistemi və yeni dövrün marketinq trendləri müzakirə olunacaq. Spikerlər uğurlu startapların qurulması, cəmiyyət və texnologiya arasında körpü rolu oynayan layihələr, innovativ yanaşmalar və brend kommunikasiya strategiyaları barədə fikirlərini bölüşəcəklər.

Günün yekun paneli “Şirkətlər və Agentliklər” panelini moderatoru isə “YelloAd” şirkətinin təsisçisi Namiq Bayramov olacaq. Aynur Xan (“SR Group” – “Skoda”, “Avatr”, “Xpeng”, “LeapMotor” brendləri üzrə rəhbər), Məmmədəli Vəliyev (“Marker”, “Direktor”), Şərifə Həsənova (“PASHA Malls”, Baş marketinq meneceri), Əkbər Əsədov (Radio Enerji 101.1 FM, İcraçı Direktor), Murad Rzayev (Nintel.az Həmtəsisçi) panelin spikerləri olaraq çıxış edəcəklər. Paneldə korporativ və kreativ sahələrdə fəaliyyət göstərən şirkətlərin və agentliklərin əməkdaşlıq modelləri, brend-layihələrin formalaşdırılması, müasir marketinq yanaşmaları və real bazar təcrübələri müzakirə olunacaq. Spikerlər uğurlu kampaniyaların arxasında duran strategiyalar, yerli bazarın xüsusiyyətləri və müştəri davranışlarına uyğunlaşma barədə fikirlərini bölüşəcəklər.

MMF-yə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://millimarketinqforumu.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

“Facebook”: https://www.facebook.com/MilliMarketinqForumu

“Instagram”: https://www.instagram.com/milli_marketinq_forumu/

“Linkedln”: https://www.linkedin.com/company/milli-marketinq-forumu/?viewAsMember=true


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv