Rusiya Ermənistanın Avropa İttifaqına can atmasından narahatdır

Rusiya Ermənistanın Avropa İttifaqına can atmasından narahatdır






presstv

"Presstv"az #Avrasiya İqtisad, #Avropa, #Ermənistan, #Hakim, #İrəvan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq istəyindən narahatdır, çünki bu, onun Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır.

presstvaz “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Qruşkonun sözlərinə görə, Qərb ölkələri İrəvanı geosiyasi oyuna cəlb etməyə çalışır.

“Məlumdur ki, Ermənistan Aİİ-də iştirakı sayəsində dinamik mərhələlərlə inkişaf edir, İrəvan üçün bütün əsas sahələrdə iqtisadi artım müşahidə olunur. Bu, Qərbin Ermənistanı Rusiyadan və digər təbii müttəfiqlərindən qoparmaq məqsədilə özünün geosiyasi oyununa cəlb edəcəyi təqdirdə onun itirmək riski ilə üzləşəcəyi böyük sərvətdir”, – deyə A.Qruşko bildirib.

O vurğulayıb ki, Rusiya tərəfi bu məsələni erməni həmkarları ilə müzakirə edir.

Xatırladaq ki, Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanunu ikinci və yekun oxunuşda qəbul edib. Ermənistan hakimiyyəti Aİİ-dən çıxmaq planlarını istisna edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv