Alen Simonyan Sahibə Qafarova ilə görüşdə: “Dalana dirənmə barədə danışmağa dəyməz”

Alen Simonyan Sahibə Qafarova ilə görüşdə: “Dalana dirənmə barədə danışmağa dəyməz”






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Jurnalistlər, #Sahibə Qafarova, #Sankt-Peterburq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan parlamentinin sədri Alen Simonyan Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclası çərçivəsində azərbaycanlı həmkarı Sahibə Qafarova ilə qısa söhbət etdiyi barədə açıqlama verib.

presstvaz Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində bildirib.

“Bizdə elə bir vəziyyət yaranıb ki, razılaşdırılmış sənəd var və dalana dirənmə barədə danışmağa dəyməz. Azərbaycan tərəfi də prosesin (sülh müqaviləsinin imzalanması – red.) mümkün qədər tez başa çatmasında maraqlıdır”, – deyə Simonyan vurğulayıb.

Onun sözlərinə görə, tərəflər bu istiqamətdə işləyirlər. O qeyd edib ki, Ermənistan və Azərbaycan parlamentlərinin spikerləri görüş zamanı bir neçə saat yan-yana oturub və söhbətin məzmunu barədə ictimaiyyətə danışmamaq barədə razılığa gəliblər.

Xatırladaq ki, Alen Simonyan və Sahibə Qafarova sonuncu dəfə 2024-cü ilin mayında Cenevrədə görüşüblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv