“Global Media Group”un təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib

“Global Media Group”un təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib






presstv

"Presstv"az #Azərbaycan, #Qaradağ rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ətraf mühitin mühafizəsinə və davamlı inkişafa xüsusi önəm verən “Global Media Group”un təşəbbüsü ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası təşkil olunub.

presstvaz xəbər verir ki, aksiya “Global Media Groupa”a daxil olan şirkətlərin iştirakı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutub.

“Yaşıl gələcək birlikdə kök salır” şüarı ilə həyata keçirilmiş aksiya çərçivəsində ərazidə iqlim şəraitinə uyğun 500-dən çox müxtəlif növ ağac əkilib.

Tədbirdə “Global Media Group”un rəhbər heyəti və əməkdaşları iştirak ediblər.

“Global Media Group”un İdarə Heyətinin üzvü Rövşən Nizamov bildirib ki, təşəbbüsün əsas məqsədi ekoloji davamlılığın təmin edilməsi, ətraf mühitin yaşıllaşdırılması və təbii resursların qorunmasına töhfə verməkdir:

“Global Media Group” olaraq, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdə iştirak etməkdən məmnunluq duyuruq. Davamlı inkişaf prinsiplərinə sadiq qalaraq, həyata keçirdiyimiz bu ağacəkmə aksiyası ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin olunmasına yönəlmiş kompleks fəaliyyətlərimizin bir hissəsidir. Bu kimi təşəbbüslər vasitəsilə həm ekoloji dəyərlərin cəmiyyətdə təşviqinə, həm də gələcək nəsillər üçün daha sağlam və dayanıqlı mühitin formalaşdırılmasına töhfə veririk”.

“Global Management”in Marketinq və Satış Departamentinin direktoru Laura Seyidbəyova isə bildirib ki, dayanıqlılıq, ekoloji maarifləndirmə, ətraf mühitin qorunması “Global Media Group”un korporativ sosial məsuliyyət strategiyasının bir hissəsidir:

“Biz müxtəlif təşkilatlarla əməkdaşlıq edərək daha gücü və dayanıqlı nəticələrin əldə olunmasına çalışırıq”.

O, həmçinin bildirib ki, “Global Media Group” hər il ənənəvi olaraq müxtəlif ekoloji aksiyalar təşkil edir:

“Biz, Azərbaycanın ən böyük media qurumlarından biri olaraq, hər kəsi “Yaşıl gələcək birlikdə kök salır” şüarı ilə ölkəmizin yaşıllaşdırılmasında iştirak etməyə və ətraf mühitin mühafizəsinə töhfə verməyə səsləyirik”.

Qeyd edək ki, “Global Media Group” 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərən ən böyük media-holdinqlərdən biridir. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

Daha çox foto burada: PhotoStock.az

Aləmdə Nəsib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv