Fransa nüvə danışıqlarının bərpası fonunda İrana yeni səfir təyin edir

Fransa nüvə danışıqlarının bərpası fonunda İrana yeni səfir təyin edir






presstv

"Presstv"az #Fransa, #İran, #Paris, #Serbiya, #Tehran, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa prezidenti Emanuel Makron İrana yeni səfir təyin edir – bu, hazırda Serbiyada səfir olan Pyer Koşar olacaq.

“Azad İran” “Telegram” kanalı bu barədə Fransanın xüsusi xidmət orqanlarının ruporı olan “Intelligence Online”a istinadla məlumat verir.

Qeyd olunur ki, təyinat Tehranın təsdiqi ilə baş tutacaq və Amerika-İran nüvə proqramı üzrə danışıqların bərpası fonunda Parisin diplomatik səylərinin bir hissəsi olacaq.

“Yeni səfirin qarşısında mürəkkəb vəzifələr duracaq – nüvə danışıqlarında iştirakdan tutmuş İranda həbsdə olan Fransa vətəndaşlarının maraqlarının müdafiəsinə qədər. Bundan əlavə, o, əvvəllər İran müxalifəti ilə əlaqə saxlayan və Tehranın kəskin reaksiyasına səbəb olan Makronun müşaviri Pol Solerin təsirini nəzərə almalı olacaq”, – deyə məqalədə qeyd olunur.

Pyer Koşar ENA-nın (Fransada Milli İdarəetmə Məktəbi) məzunudur, fars dilini bilir və diplomatik karyerasına 1994-cü ildə Tehranda başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv