Bir neçə kollecə yeni təyinat olub

Bir neçə kollecə yeni təyinat olub






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, #İsrail, #Masallı, #Təhsil, #Təhsil İnstitutu, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir neçə kollecə təyinat olub.

presstvaz xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Rövşən Qurbanov Masallı Dövlət Regional Kollecinin direktoru, Sevda Həsənova Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin direktor müavini təyin edilib, Dürrə Hacıyevaya isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Qeyd edək ki, R.Qurbanov müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında, Masallı Dövlət Regional Kollecində və bir sıra təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərib.

S.Həsənova müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.

D.Hacıyeva isə müxtəlif dövlət qurumları və təşkilatlarında əmək fəaliyyəti ilə məşğul olub. Həmçinin Təhsil İnstitutunda Layihələrin idarə olunması və beynəlxalq əməkdaşlıq şöbəsində baş mütəxəssis və Elm və Təhsil Nazirliyi ilə ORT İsrail məktəblər şəbəkəsinin birgə həyata keçirdiyi İnnovativ məktəb layihəsinin koordinatoru vəzifəsində çalışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv