Keçmiş döyüşçülər azad olunan Aşağı Əskipara kəndində xatirələrini BÖLÜŞDÜLƏR

Keçmiş döyüşçülər azad olunan Aşağı Əskipara kəndində xatirələrini BÖLÜŞDÜLƏR






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Qazax, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazax rayonunun Ermənistanın işğalı altında olan dörd kəndinin Azərbaycana təhvil verilməsindən bir il keçir. Həmin 4 kənddən biri Aşağı Əskiparadır.

1992-ci ilin 14 iyun tarixində sakinlər yurd-yuvalarından məcburi şəkildə çıxarılana qədər Əskipara kəndi hər gün erməni silahlı birləşmələri tərəfindən hədəfə alınır, gülləbaran edilirdi .

33 ildə Qazax rayonunun müxtəlif ərazilərində məskunlaşan Aşağı Əskipara sakinləri doğma el-obalarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

“Belə hallar dünya təcrübəsində az olub. Torpaqlarımız bir güllə atılmadan, şəhid verilmədən geri qayıdıb. Sevincimizi sözlə demək mümkün deyil”, – keçmiş döyüşçü Yaşar Qasımov deyib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının görüşündə əldə olunan razılaşma çərçivəsində Qazaxın 4 kəndi 24 may 2024-cü ildə Azərbaycana təhvil verilib.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv