Orta Asiya ölkələri Avropa İttifaqına yox desələr belə, heç nə itirməyəcəkdilər

Orta Asiya ölkələri Avropa İttifaqına yox desələr belə, heç nə itirməyəcəkdilər






presstv

"Presstv"az #Avropa, #Dollar, #Nəqliyyat, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Adətən bu məsələdən danışanda Avropa İttifaqının Mərkəzi Asiya ölkələrinə qoyacağı 11 milyard avro investisiya qabardılır. Amma qərarın bunun müqabilində verildiyi heç də inandırıcı deyil. Çünki elə Türkiyənin özü son 10 ildə təkcə Qazaxıstana 3 milyard dollara yaxın sərmayə qoyub. Özbəkistana təkcə energetika sektorunda yaxın illərdə 20 layihəyə 12 milyard dollar vəsait yatırılacaq”.

Bu fikirlər Baku TV-nin “Yekunlaşdıraq” verilişində Qazaxıstan, Özbəkistan və Türkmənistanın yunan Kiprini tanıması ilə bağlı məsələ şərh edilərkən səsləndirilib.

Diqqətə çatdırılıb ki, 11 milyard avro həddindən artıq kiçik rəqəmdir. Bunu Türkiyədə də başa düşürlər:

“Orta Asiyanın türk dövlətlərindən daha prinsipial mövqe gözləyənləri qınamaq çətindir. Həm də ona görə ki, Orta Asiya ölkələri Avropa İttifaqına yox desələr belə, heç nə itirməyəcəkdilər. Aİ-nin işi onlardan keçir. Avropa ölkələrinin Qazaxıstan, Özbəkistan və Türkmənistanın nəqliyyat infrastrukturuna, qazına, uranına, digər sərvətlərinə ehtiyacı var. Müqabilində isə puldan başqa verə biləcəyi heç nə yoxdur. Həmin pulu hər yerdən tapmaq olar. Bu səbəbdən türk paytaxtları yunan Kiprini tanımasalar da, Brüssel hər üç dövlətlə əməkdaşlıq edəcəkdi”.

Ətraflı süjetdə:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv