Vəkil olmaq istəyənlərin nəzərinə! – İmtahan tarixi AÇIQLANDI

Vəkil olmaq istəyənlərin nəzərinə! – İmtahan tarixi AÇIQLANDI






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Dövlət İmtahan Mərkəzi (DİM), #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (ARVK) ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, ARVK-ya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.

presstvaz xəbər verir ki,bu barədə Vəkillər Kollegiyasından bildirilib ki, Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Kollegiya ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 06.07.2025-ci il tarixdə saat 10:00-da ARVK üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulur.

Belə ki, DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək. Namizədlər buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl dim.gov.az saytından əldə edə bilərlər.

Həmçinin namizədlərdən müəyyən olunan vaxtdan ən geci bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.

Əlavə olaraq bildiririk ki, hazırda sənəd qəbulu elektron (//barassociation.az/candidate-login) qaydada davam edir. 22 iyun 2025-ci il tarixədək qeydiyyatdan keçməmiş şəxslər qeydiyyatdan keçə bilər. Bu tarixədək qeydiyyatdan keçmiş şəxslər isə ödəniş edib və ya öz elektron müraciətlərini təxirə sala bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv