Zərərçəkəndən məhkəmədə ilginc açıqlama: “Bağçada müəllimlərin sayı uşaqların sayından çox idi”

Zərərçəkəndən məhkəmədə ilginc açıqlama: “Bağçada müəllimlərin sayı uşaqların sayından çox idi”






presstv

"Presstv"az #Araşdırma, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim, #Neftçi, #Nizami Rayon Prokurorluğu, #Uşaq bağçası, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

presstvaz-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə davam etdirilib.

Cinayət işində zərərçəkən kimi tanınan Zərifə Osmanova ifadəsi zamanı maraqlı açıqlaması ilə diqqəti çəkib.

“Mənə dedilər ki, bir ay təcrübə keçməlisiniz. Başlanğıcda bu səbəbə görə işləmək istəmirdim. Bağçada müəllimlərin sayı uşaqların sayından çox idi. Sonra qəbul edib müəssisənin “Neftçilər” filialına təcrübə keçməyə getdim. Daha sonra bir həftəlik “Qara Qarayev” filialında çalışdım. Əmək haqqı olaraq iki ay 400 manat, sonra 600 manat maaş alacağımı dedilər. Amma nə pul gördüm, nə də əmək müqaviləsi. Ona görə də işdən ayrıldım”.

Z.Osmanova onu da əlavə edib ki, işə girmək üçün verdiyi pulu tələb etdiyi üçün onu otaqdan qovublar:

“Mən və bacım işə qəbul üçün ayrılıqda dörd min manat pul vermişik. Biz o pulu təcrübədən sonra qalıb çalışmaq üçün vermişdik. Amma pulu geri istəyəndə Havvaxanım bizi otaqdan qovdu və dedi ki “rədd olun”. Mənə cəmi üç min manat pul qaytarılıb. Bununla bağlı polisə də şikayət etmişəm. İndi qalan min manatımı tələb edirəm”.

Təqsirləndirilən Havvaxanım Rüstəmova isə zərərçəkənin ifadələrinə münasibət olaraq bildirib ki, Zərifə Osmanovanın bağçada olan autizmli və digər xəstəliklərdən əziyyət çəkən uşaqlarla işləmək üçün təcrübəsi yoxdur. Buna görə də, onu işdən çıxarılıb.

Məhkəmənin növbəti iclası mayın 19-a təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın bir qismini ödəyib.

Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

“Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

“Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, iş üzrə Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş şəxs kimi tanınıb.

Təqsirləndirilən şəxs zərərçəkmişlərə vurulan 428 min manatı ödəyib.\oxu.az/

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv