Pentaqon rəhbəri ilə bağlı qalmaqal: Yəmənə zərbə məlumatlarını arvadına göndərib

Pentaqon rəhbəri ilə bağlı qalmaqal: Yəmənə zərbə məlumatlarını arvadına göndərib






presstv

"Presstv"az #ABŞ, #Baş redaktor, #Husilər, #Yəmən

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin Yəmənə zərbələri ilə bağlı ətraflı məlumatı eyni zamanda həyat yoldaşının, qardaşının və vəkilinin də daxil edildiyi “Signal” çatına göndərib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “The New York Times” nəşri mənbələrə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, Heqset martın 15-də Pentaqon əməkdaşı olmayan həyat yoldaşı Cennifer, həmçinin qardaşı Fil və hərbi qurumda çalışan şəxsi hüquqşünas Tim Parlatore ilə olan çatda “F/A-18 Hornet” qırıcılarının Yəmən husilərinin “Ənsar-Allah” üsyançı hərəkatının mövqelərinə zərbələr endirdiyi uçuş cədvəlini paylaşıb.

Nəşrin qeyd etdiyi kimi, ABŞ administrasiyasının rəsmilərinin iştirak etdiyi və “The Atlantic” jurnalının baş redaktoru Cefri Qoldberqin də əlavə edildiyi, qalmaqala səbəb olan “Signal” çatından fərqli olaraq, ikinci çat Pentaqon rəhbəri tərəfindən şəxsən yaradılıb və oraya həyat yoldaşından əlavə, Heqsetin yaxın çevrəsindən daha 10-a yaxın adam daxil edilib. “Müdafiə/Komandanlıq iclası” adlanan çata əlavə edilənlər sırasında, həmçinin məlumat sızması səbəbilə işdən çıxarılan iki məmur da olub.

Üstəlik, ABŞ hərbi qurumunun rəhbəri çatda danışıq üçün iş telefonundan deyil, şəxsi telefonundan istifadə edib.

Nəşrin yazdığına görə, çatda, əsasən, təşkilati və inzibati məsələlərlə bağlı məlumatlar müzakirə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv