Yeni radarlar işə düşdü – Əlinizdəki telefonu da çəkəcək

Yeni radarlar işə düşdü – Əlinizdəki telefonu da çəkəcək






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Nəqliyyat, #Süni intellekt, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə süni intellektlə dəstəklənən yeni nəsil radar sistemi istifadəyə verildi. Qırmızı işıqda keçid, təhlükəsizlik kəmərindən istifadə etməmək, sükan arxasında telefonla danışmaq… Artıq bütün qayda pozuntuları bir-bir qeydə alınır. "Bir şey olmaz" dövrü başa çatdı.

presstvaz avtosfer.az-a istinadən xəbər verir ki, Türkiyənin Təhlükəsizlik Baş İdarəsinin yol nəzarət bölmələri Müdafiə Sənayesi Başqanlığının koordinasiyası ilə yerli və milli imkanlarla hazırlanan yeni nəsil süni intellekt dəstəkli radar sistemlərini tətbiq etməyə başlayıb.

Bu cihazlar magistral yollarda tripod üzərində və ya nəqliyyat vasitələrinə quraşdırılaraq istifadə olunur.

Yeni radar sistemi eyni anda dörd zolaqda hərəkət edən nəqliyyat vasitələrinin sürətini müəyyən edə bilir. Süni intellektlə təchiz olunmuş cihazlar avtomobillərin dövlət nömrə nişanlarını və sürət göstəricilərini oxuyaraq məlumatları dərhal Elektron Təhlükəsizlik Sistemi (PolNet) şəbəkəsinə ötürür. Sürət pozuntusu aşkarlandıqda, sistem avtomatik şəkildə aidiyyəti yol patrul qruplarına məlumat verir və qanunamüvafiq tədbirlərin görülməsini təmin edir.

Antalya Regional Trafik Nəzarəti Şöbə Müdiri Önder Kavak bildirib ki, yeni texnologiyanın tətbiqi sürət pozuntularının və bu səbəbdən baş verən yol qəzalarının qarşısını almaqda mühüm rol oynayacaq. Onun sözlərinə görə, bu cihazlar gecə-gündüz, istənilən hava şəraitində dəqiq ölçmə imkanı verir və operator müdaxiləsi olmadan tam avtomatik rejimdə çalışır.

Yeni sistem eyni anda 1500 avtomobili analiz edə bilir və markasından rənginə qədər bütün texniki məlumatları aşkar edir. Cihaz, həmçinin motosikletlərin sürətini də dəqiqliklə təyin edə bilir. Əvvəllər nömrə nişanları yalnız arxada yerləşən motosikletlər üçün sürət pozuntularının müəyyənləşdirilməsi çətin idisə, indi radarın istiqamətini dəyişməklə bu problem də aradan qaldırılıb.

Radar sisteminin tətbiqində iştirak edən polis zabiti Muhammet Çataltaş qeyd edib ki, cihaz KGYS və PolNet məlumat bazaları ilə inteqrasiya olunaraq avtomobillərin sığorta və sənəd vəziyyətini də yoxlaya bilir. Süni intellekt texnologiyası sayəsində cihaz avtomobillərin markasını, modelini, rəngini və digər xüsusiyyətlərini dəqiq şəkildə müəyyən edir.

Yeni nəsil radar sistemi həm də kalibrləmə ilə fərqlənir – cihazın hündürlüyü, bucağı və balansı tam dəqiqliklə tənzimlənə bilir. Bu da onun eyni anda dörd zolaqdakı hərəkəti izləyərək dəqiq nəticələr verməsinə şərait yaradır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv