Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib






presstv

"Presstv"az #Ailə, #Aktyor, #Ayaqqabı, #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Leyla Əliyeva, #Teleaparıcı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 19-da Heydər Əliyev Sarayında dünyada məşhur 200 nəfərlik “Qelikon-opera” Moskva Musiqili Teatrının quruluşunda “Zoluşka” operasının təqdimatında iştirak edib.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan bəstəkarı Leonid Vaynşteynin “Qelikon-opera” teatrının tamaşası hər bir balaca şahzadənin görməli olduğu səhnə əsəridir. Dahi Qara Qarayevin tələbəsi olmuş Leonid Vaynşteynin musiqisi parlaq və yaddaqalandır. Heydər Əliyev Sarayının səhnəsində təqdim olunan operaya dirijorluğu Xalq artisti Yalçın Adıgözəlov edib.

Tamaşanın təqdimatında TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, tanınmış teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai və siyasi xadim Yuli Qusman, azərbaycanlı bəstəkar Leonid Vaynşteynin oğlu – NTV telekanalının baş direktorunun müavini – baş prodüseri Timur Vaynşteyn və ailə üzvləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və ictimai-siyasi xadimlər iştirak ediblər.

Qeyd edək ki, “Zoluşka”nın premyerası 1985-ci ildə Bakıda, Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində keçib. 35 ildən sonra maraqlı sehrbazlıq və şəkildən-şəklə çevrilmələr irimiqyaslı dekorasiyalar və müasir holoqrafiyalı texnologiyanın köməyi ilə yaradılıb.

Əsər Şarl Perronun məşhur “Zoluşka”sına əsaslanan, möcüzələr, dönüşmə prosesi və əsl sehrlə dolu, ən müasir teatrlardan birində qüsursuz şəkildə təcəssüm olunmuş, Moskvadakı holoqrafik texnologiyaların və müasir səhnələrin köməyi ilə tamaşaçılara təqdim olunan mehriban musiqili nağıldır.

Heyrətamiz transformasiyalar və sehr genişmiqyaslı dekorasiyalar və müasir holoqrafik texnologiyaların müşayiəti ilə əfsanəvi nağıl əsasında yazılmış opera heç bir tamaşaçını biganə qoymayıb. Süjet xəttinə əsasən operada xeyir və gözəllik şər və paxıllığa qalib gəlir.

Tamaşa ərzində qonaqpərvər Nağılbaz bütün yaşlarda olan tamaşaçıları maraqlı oyuna cəlb edib. Tamaşaçılar balqabağın möcüzəli şəkildə faytona, siçanların gözəl atlara, Zoluşkanın Şahzadə xanıma çevriləcəyinin şahidi oldular. Bundan əlavə, teatrda qonaq olan qızlara büllur ayaqqabını geyinmək nəsib olub.

Tamaşanın rejissoru İlya İlyin, bədii rəhbəri isə Dmitri Bertmandır.

Opera tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv