Ceyhun Bayramov Mevlüt Çavuşoğlunu ziyarət edərək başsağlığı verib

Ceyhun Bayramov Mevlüt Çavuşoğlunu ziyarət edərək başsağlığı verib






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Başsağlığı, #Ceyhun Bayramov, #Haber Global, #Jurnalistlər, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov atasını itirən Türkiyənin keçmiş XİN başçısı Mevlüt Çavuşoğluna başsağlığı verib.

presstvaz “Haber Global” telekanalına istinadən xəbər verir ki, nazir M.Çavuşoğlunun Antalyadakı ata evinə gedərək, orada başsağlığı diləklərini çatdırıb.

C.Bayramov ziyarətdən sonra jurnalistlərə verdiyi açıqlamada bu gün Azərbaycan heyətinin qardaş Türkiyədə olduğunu bildirib:

“Bura gəlməyimizin səbəbi əziz qardaşım və yaxın dostum Mevlüt Çavuşoğlunun atasının vəfatıdır. Buraya mərhumun ailəsinə, Mevlüt Çavuşoğluna, qardaşlarına və böyüklərinə başsağlığı vermək üçün gəldik. Allahdan mərhum Osman Çavuşoğluna rəhmət diləyirik. Onun o dünyasının cənnət olmasını ürəkdən arzu edirik.

Osman Çavuşoğlunu tanımasam da, burada qısa müddət ərzində insanlardan ciddi şəkildə xoş sözlər, xatirələr eşitdim. Bu qədər çox sayda insanın gəlməsi, bu məclisdə iştirak etməsi, həyata Mevlüt Çavuşoğlu kimi bir övladı dünyaya gətirməsi, onu tərbiyə etməsi özlüyündə çox qiymətli şeydir.

Azərbaycanda Mevlüt Çavuşoğluna hamının çox böyük sevgisi, çox böyük hörməti var. Mevlüt bəy həmişə Azərbaycan-Türkiyə əlaqələrinə xüsusi önəm verən və bu əlaqələrə xüsusi yanaşma göstərən qardaşımız, dostumuz olub. Bu, həmişə belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Bu gün burada təkcə öz ehtiramımızı deyil, eyni zamanda bütün Azərbaycan xalqının başsağlığı diləklərini çatdırırıq”.

Xatırladaq ki, M.Çavuşoğlunun atası aprelin 17-də 93 yaşında dünyasını dəyişib.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv