Rayan Qoslinq “Ulduz müharibələri”nin yeni buraxılışında baş rolda oynayacaq

Rayan Qoslinq “Ulduz müharibələri”nin yeni buraxılışında baş rolda oynayacaq






presstv

"Presstv"az #Ailə, #Dollar, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Lucasfilm” şirkəti “Star Wars Celebration” mərasimində Hollivud ulduzu Rayan Qoslinqin yeni “Ulduz müharibələri: Ulduz döyüşçüsü” (“Star Wars: Starfighter”) filmində baş rolda oynayacağı ilə bağlı açıqlama verib.

presstvaz xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.

Layihənin rejissoru Şon Levi olacaq. Onun son filmi “Deadpool and Wolverine” dünya üzrə 1.3 milyard dollardan çox gəlir əldə edərək, 2024-cü ilin ən çox gəlir gətirən filmlərindən birinə çevrilib. Ssenari Conatan Tropper tərəfindən yazılacaq. Bu yaradıcı tandem artıq “The Adam Project” elmi-fantastik döyüş filmi və “This Is Where I Leave You” ailə dramatik komediyasında uğurla əməkdaşlıq edib.

Yeni filmin çəkilişlərinə 2025-ci ilin payızında başlanacaq, premyera isə 2027-ci il mayın 28-nə planlaşdırılıb – bu tarix, orijinal “Ulduz müharibələri: Epizod IV: Yeni ümid” filminin buraxılışının 50-ci ildönümü ilə üst-üstə düşdüyü üçün seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv