Ən təhlükəli qulaqlıq növü açıqlandı

Ən təhlükəli qulaqlıq növü açıqlandı






presstv

"Presstv"az #Həkim, #kanalda, #Psixoloq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Birbaşa qulaq kanalına yerləşdirilən kanaldaxili qulaqcıqlar, qulaq pərdəsinə daha yaxın olur.

presstvaz-ın xarici mediaya istinadən xəbərinə görə, bu da həkimlərin fikrincə, eşitmə orqanlarına zərər vermə riskini artırır.

“Qulaqcıq növü eşitmə qabiliyyətinin qorunmasında mühüm rol oynayır. Birbaşa qulaq kanalına yerləşdirilən modellər qulaq pərdəsinə daha yaxın yerləşir və bu da zədələnmə riskini artırır. Qulağın üstünə taxılan və ya tam qulaqlı (over-ear) modellər isə daha təhlükəsiz sayılır, çünki onlar qulaqlara daha az təzyiq göstərir,” – həkim bildirib.

Həkimin sözlərinə görə, səsboğucu funksiyası olan qulaqcıqlar seçmək daha məqsədəuyğundur.

“Aktiv səsboğma funksiyalı qulaqcıqlar musiqini səsli mühitdə dinləyənlər üçün ideal seçimdir. Onlar xarici səsləri bloklayır və istifadəçiyə musiqidən rahat səviyyədə, yüksək səsə ehtiyac olmadan zövq almağa imkan verir. Xatırladıram: musiqini gündəlik 60 dəqiqədən artıq olmayan bir müddətdə, 60% səs səviyyəsində dinləmək, ardından isə 5-10 dəqiqə fasilə vermək məsləhətdir,” – mütəxəssis əlavə edib.

Bu əlamətlərə diqqət edin

Həkim xəbərdarlıq edir: əgər musiqi dinlədikdən sonra qulaqda zəng səsləri və ya uğultu hiss edirsinizsə, bu, səsin çox yüksək olduğunu göstərə bilər. Eləcə də nitqi və digər səsləri ayırd etməkdə çətinlik yaranırsa, bu, eşitmə qabiliyyətində zədələnmənin əlaməti ola bilər və belə halda dərhal həkimə müraciət etmək vacibdir.

Tövsiyələr

Musiqini çox səs-küylü mühitdə dinləməkdən çəkinin, çünki bu zaman səsi artırmaq məcburiyyətində qalırsınız. Eşitmə yoxlamasını mütəmadi olaraq mütəxəssisə etdirin – xüsusilə qulaqcıqlardan tez-tez istifadə edirsinizsə. Səs səviyyəsini və dinləmə müddətini nəzarətdə saxlamaq üçün xüsusi mobil tətbiqlərdən istifadə edin.

Qeyd: Bu məqalə informativ xarakter daşıyır və tibbi məsləhət sayılmır. Hər hansı qərar verməzdən əvvəl mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Əvvəllər psixoloqlar da qulaqcıqların gizli təhlükəsi barədə xəbərdarlıq etmişdilər. Onların fikrincə, bu cür cihazlardan həddindən artıq istifadə ünsiyyətin azalmasına və sosial təcridə səbəb ola bilər. /Lent.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv